Bakı. 23 sentyabr. REPORT.AZ/ Sərnişinlərin qatarlardan istifadəsini asanlaşdırmaq məqsədilə sentyabrın 28-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişikliklər ediləcək.
Sentyabrın 24-də etibarən hər şənbə, bazar və bayram günləri sərnişin sıxlığı az olduğundan, Bakı Sərnişin Stansiyasından saat 05:10-da, Sumqayıt Sərnişin Stansiyasından saat 06:40-da yola düşən elektrik qatarları ləğv olunacaq.
Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.