Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli yenidən dəyişir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli yenidən dəyişir Bu, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədardır
İnfrastruktur
28 İyul , 2017 17:39
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli yenidən dəyişir

Bakı. 28 iyul. REPORT.AZ/ Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. 

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar 10 gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli qismən dəyişəcək. 

Son xəbərlər

Orphus sistemi