Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə yeni reys əlavə olunub

Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə yeni reys əlavə olunub Elektrik qatarı saat 07:50-də Bakıdan, saat 09:00-da Sumqayıtdan yola düşəcək
İnfrastruktur
17 Sentyabr , 2015 09:25
Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə yeni reys əlavə olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sərnişin elektrik qatarlarının hərəkət cədvəlinə bir reys əlavə edilib.

Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, sərnişin sıxlıgını nəzərə alaraq, əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07:55, 09:00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib. 

Son xəbərlər

Orphus sistemi