Yuxarı

Bakı-Sumqayıt elektrik qatarından istifadə edən 100 mininci sərnişin məlum olub

I kurs tələbəsi olan bu sərnişinə biznes klass vaqonunda 1 aylıq pulsuz gediş sertifikatı verilib

Bakı. 13 noyabr. REPORT. AZ/ Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarının xidmətindən istifadə edən sərnişinlərin faktiki sayı rəsmən 100 minə çatıb.

"Report" xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin I kurs tələbəsi olan Tacan Kərimliyə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən "biznes" klass vaqonunda bir ay ərzində pulsuz gediş sertifikatı verilib. 

Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarları sentyabrın 12-dən fəaliyyətə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi