Bakı-Sumqayıt-Bakı elektrik qatarı üçün gediş haqqı tarifləri açıqlanıb - CƏDVƏL

Bakı-Sumqayıt-Bakı elektrik qatarı üçün gediş haqqı tarifləri açıqlanıb - CƏDVƏL Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir
İnfrastruktur
14 Sentyabr , 2015 19:42
Bakı-Sumqayıt-Bakı elektrik qatarı üçün gediş haqqı tarifləri açıqlanıb - CƏDVƏL

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib. Şuranın Katibliyindən "Report"a verilən məlumata görə, yığıncaqda “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulub və yeni qatarlar alınıb.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri

İstiqamətlərin adı Tariflər(ƏDV ilə, manatla)
1. Bakı-Sumqayıt-Bakı qatarı
1.1. Bakı - Sumqayıt 0,80
1.2. Bakı - Biləcəri 0,20
1.3. Bakı - Xırdalan 0,30
1.4. Bakı - Keşlə 0,20
1.5. Bakı - Koroğlu 0,20
1.6. Bakı - Bakıxanov 0,30
1.7. Bakı - Sabunçu 0,30
1.8. Bakı - Zabrat 0,40
1.9. Bakı - Pirşağı 0,50
1.10. Biləcəri - Xırdalan 0,20
1.11. Biləcəri - Sumqayıt 0,60
1.12. Xırdalan - Sumqayıt 0,40
1.13. Keşlə - Koroğlu 0,20
1.14. Keşlə - Bakıxanov 0,30
1.15. Keşlə - Sabunçu 0,30
1.16. Keşlə - Zabrat 0,40
1.17. Keşlə - Pirşağı 0,50
1.18. Keşlə - Sumqayıt 0,70
1.19. Koroğlu - Bakıxanov 0,20
1.20. Koroğlu - Sabunçu 0,30
1.21. Koroğlu - Zabrat 0,30
1.22. Koroğlu - Pirşağı 0,50
1.23. Koroğlu - Sumqayıt 0,60
1.24. Bakıxanov - Sabunçu 0,20
1.25. Bakıxanov - Zabrat 0,20
1.26. Bakıxanov - Pirşağı 0,40
1.27. Bakıxanov - Sumqayıt 0,60
1.28. Sabunçu - Zabrat 0,20
1.29. Sabunçu - Pirşağı 0,40
1.30. Sabunçu - Sumqayıt 0,50
1.31. Zabrat - Pirşağı 0,30
1.32. Zabrat - Sumqayıt 0,50
1.33. Pirşağı - Sumqayıt 0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.

Son xəbərlər

Orphus sistemi