Yuxarı

​Bakı-Sumqayıt dəmir yolunun Sumqayıt hissəsində torpaq işlərinə başlanılıb

Hazırda sərnişinlərin 28 Maya çıxmaları üçün tunel salınır

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı-Xırdalan-Sumqayıt dəmir yolu sərnişin sahəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün nəzərdə tutulan 1,65 km uzunluğunda yeni birləşdirici yolda artıq torpaq işlərinə başlanılıb. Bu haqda "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunda bu günə kimi artıq 52 km yol əsaslı təmir olunub.

"Hazırda Bakı sərnişin stansiyasında 3-cü platformada işlər yekunlaşıb və 4-cü platforma quraşdırılır. Həmçinin sərnişinlərin "28 May" metro stansiyasına çıxması üçün tunelin salınması işlərinə başlanılıb", - deyə QSC-dən əlavə edilib.

Bütün əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi