​Bakı-Sumqayıt dəmir yolu ətrafında qanunsuz tikililərdə yaşayan köçkünlər ərazidən köçürülüb

​Bakı-Sumqayıt dəmir yolu ətrafında qanunsuz tikililərdə yaşayan köçkünlər ərazidən köçürülüb Köçürülən sakinlərə kompensasiya verilib
İnfrastruktur
19 Avqust , 2015 13:38
​Bakı-Sumqayıt dəmir yolu ətrafında qanunsuz tikililərdə yaşayan köçkünlər ərazidən köçürülüb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililərdə məskunlaşmış məcburi köçkünlər artıq ərazidən köçürülüblər. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə ancaq iki ailə qalıb və onlar kompensasiya alaraq yaxın günlərdə ərazini tərk edəcəklər.

Xatırladaq ki, avqustun əvvəlində qurumun rəhbərliyi dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayının həddindən artıq çox olduğunu nəzərə alaraq həmin tikililəri qeydiyyatını apardığını və yeni qeydiyyataalınmadan sonra bütün sənədlərin hökumətə təqdim olunacağını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi