Bakı-Sumqayıt sərnişin dəmir yolu xəttində "Bakıkart"dan istifadə etmək mümkün olacaq - YENİLƏNİB

Bakı-Sumqayıt sərnişin dəmir yolu xəttində "Bakıkart"dan istifadə etmək mümkün olacaq - YENİLƏNİB 3 ikimərtəbəli elektrik qatarı Bakıdan Sumqayıta yola düşəcək
İnfrastruktur
12 Sentyabr , 2015 15:52
Bakı-Sumqayıt sərnişin dəmir yolu xəttində Bakıkartdan istifadə etmək mümkün olacaq - YENİLƏNİB

*** 15:37

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt-Bakı dəmir yolunun rəsmi açılış mərasimi olub. "Report" xəbər verir ki, saat 16:00-da KİV nümayəndələrinin iştirakı ilə Bakı-Sumqayıt-Bakı qatarı mənzil başına hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC dəmiryolu nəqliyyatının inkişaf proqramının reallaşdırılması çərçivəsində İsveçrənin "Stadler Rail" şirkətindən aldığı 3 ikimərtəbəli elektrik qatarı Bakıdan Sumqayıta yola düşəcəklər.
Bu qatarlar Azərbaycanın bütün normativlərinə cavab verir. "KİSS" markalı bu qatarlarda ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Bu dördvaqonlu qatarlar əhalinin yüksəkkeyfiyyəlti ictimai nəqliyyata olan artan tələbatını ödəyə biləcək. 

Artıq Bakı-Keşlə-Biləcəri-Xırdalan-Sumqayıt xəttində elektrik qatarları əvvəlki kimi mənzil başına 1 saat 22 dəqiqəyə deyil, yenidənqurma işlərindən sonra 40 dəqiqəyə çatacaqlar. 

Qeyd edək ki, ümumilikdə 5 qatarın artıq 3-ü Bakıdadır, qalan iki qatar isə hazırda "Stadler Rail"in Minskdəki zavodundadır. Bu qatarların ilin sonunda gətirilməsi nəzərdə tutulub. 

Qeyd edilən istiqamətdə qatarlar səhər saat 06:00-dan günorta saat 12:00-də qatarlar Bakıdan və Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaqlar. Səhər saat 12:00-dan saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan saat 24:00 aralığında isə elektrik qatarları 30 dəqiqə intervalı ilə hərəkət edəcək. İntervalın tətbiqi gün ərzində sərnişin sıxlığına uyğun olaraq müəyyən edilib.

Dairəvi dəmir yol üzərində ümumilikdə 23 stansiya və dayanacaq olması planlaşdırılır. Daha sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Belə ki, Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə verilməsi planlaşdırılır və bu şəkildə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu olacaq.

Elektrik qatarlarına biletləri sərnişinlər vağzallarda kassadan və avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar.

Bakı Sərnişin Stansiyasının yenidən qurulması çərçivəsində hər birinin uzunluğu 254 m olan 3 ədəd, 310 m olan 1 ədəd olmaqla 4 yeni platforma tikilib. Hazırda 17 mərtəbəli Vağzal mehmanxanası və sərnişinlərin gözləmə zalında əsaslı təmir işləri aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İKT şöbəsinin rəisi Samir Qənili jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Bakı-Sumqayıt sərnişin dəmir yolu xəttində hazırda Bakıda metro və ictimai nəqliyyatda tətbiq edilən vahid kartdan istifadə etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi