Yuxarı
    Bağlamaq

    Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində bəzi dəyişiklik ediləcək- CƏDVƏL

    Dəyişiklik martın 28-dən tətbiq olunacaq

    Bakı. 23 mart. REPORT.AZ/ Bəzi texniki səbəblərə görə mart ayının 28-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

    "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, saat 14:30-da Bakıdan, saat 15:50-də Sumqayıtdan yola düşən qatarların vaxtı bəzi texniki səbəblərə görə dəyişdiriləcək. Həmin qatar saat 16:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16:40-da Sumqayıt sərnişin stansiyasına çatacaq, saat 17:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək və saat 17:40-a Bakı sərnişin stansiyasına çatacaq.

    Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 16:00, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 17:00, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.

    Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. 

    BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT CƏDVƏLİ

    28 mart 2016-cı ildən

    Qatar №-si Bakıdan getmə vaxtı İstiqamət Sumqayıt-sərn. çatma vaxtı Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İstiqamət Bakıya çatma vaxtı
    6001 5-00 Bakı- Sumqayıt-sərn. 5-40 6002 6-50 Sumqayıt-sərn. - Bakı 7-30
    6003 5-20 Bakı- Sumqayıt-sərn. 6-00 6004 7-25 Sumqayıt-sərn. - Bakı 8-05
    6005 5-35 Bakı- Sumqayıt-sərn. 6-15 6006 7-45 Sumqayıt-sərn. - Bakı 8-25
    6007 5-50 Bakı- Sumqayıt-sərn. 6-30 6008 8-00 Sumqayıt-sərn. - Bakı 8-40
    6009 8-00 Bakı- Sumqayıt-sərn. 8-40 6010 8-50 Sumqayıt-sərn. - Bakı 9-30
    6011 8-50 Bakı- Sumqayıt-sərn. 9-30 6012 9-40 Sumqayıt-sərn. - Bakı 10-20
    6013 16-00 Bakı- Sumqayıt-sərn. 16-40 6014 17-00 Sumqayıt-sərn. - Bakı 17-40
    6015 17-25 Bakı- Sumqayıt-sərn. 18-05 6016 18-20 Sumqayıt-sərn. - Bakı 19-00
    6017 18-20 Bakı- Sumqayıt-sərn. 19-00 6018 19-30 Sumqayıt-sərn. - Bakı 20-10
    6019 18-40 Bakı- Sumqayıt-sərn. 19-20 6020 20-05 Sumqayıt-sərn. - Bakı 20-45
    6021 19-15 Bakı- Sumqayıt-sərn. 19-55 6022 20-40 Sumqayıt-sərn. - Bakı 21-20
    6023 19-50 Bakı- Sumqayıt-sərn. 20-30 6024 21-00 Sumqayıt-sərn. - Bakı 21-40

    Qeyd: Hər şənbə, bazar və bayram günləri 6001/6002, 6003/6004, 6005/6006, 6017/6018 və 6021/6022 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi