Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL Buna səbəb aparılan təmir işləridir
İnfrastruktur
9 İyun , 2017 15:38
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişəcək - CƏDVƏL
Report.az

Bakı. 9 iyun. REPORT.AZ/ Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar iyunun 11-dən 25-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

"Report" xəbər verir ki, barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilir. 

Məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. 

"Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi