Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarı Biləcəri və Xırdalan dəmir yolu stansiyalarında da dayanacaq.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları”" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, bunun üçün qatarın hərəkət cədvəlində dəyişiklik ediləcək. Belə ki, qatar Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də, Sumqayıt sərnişin stansiyasından isə 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50 , 17:00, 18:10 və 18:50-da yola düşəcək.
Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli (19 noyabr 2016-cı ildən):
Qatar №-si |
Bakıdan getmə vaxtı | İstiqamət |
Sumqayıt-sərn. çatma vaxtı | Qatar №-si |
Sumqayıt-sərn. getmə vaxtı | İstiqamət |
Bakıya çatma vaxtı | |
6001 | 07:40 | Bakı- Sumqayıt-sərn. | 08:20 | 6002 | 06:50 | Sumqayıt-sərn. - Bakı | 07:32 | |
6003 | 08:15 | Bakı- Sumqayıt-sərn. | 08:55 | 6004 | 07:20 | Sumqayıt-sərn. - Bakı | 08:02 | |
6005 | 08:50 | Bakı- Sumqayıt-sərn. | 09:30 | 6006 | 07:45 | Sumqayıt-sərn. - Bakı | 08:27 | |
6007 | 16:00 | Bakı- Sumqayıt-sərn. | 16:40 | 6008 | 08:00 | Sumqayıt-sərn. - Bakı | 08:42 | |
6009 | 17:20 | Bakı- Sumqayıt-sərn. | 18:00 | 6010 | 08:30 | Sumqayıt-sərn. - Bakı | 09:12 | |
6011 | 18:00 | Bakı- Sumqayıt-sərn. | 18:40 | 6012 | 09:10 | Sumqayıt-sərn. - Bakı | 09:52 | |
6013 | 18:30 | Bakı- Sumqayıt-sərn. | 19:10 | 6014 | 09:50 | Sumqayıt-sərn. - Bakı | 10:32 | |
6015 | 19:00 | Bakı- Sumqayıt-sərn. | 19:40 | 6016 | 17:00 | Sumqayıt-sərn. - Bakı | 17:42 | |
6017 | 19:45 | Bakı- Sumqayıt-sərn. | 20:25 | 6018 | 18:10 | Sumqayıt-sərn. - Bakı | 18:52 | |
6019 | 20:45 | Bakı- Sumqayıt-sərn. | 21:25 | 6020 | 18:50 | Sumqayıt-sərn. - Bakı | 19:32 | |