Yuxarı

​Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək

Cavid Qurbanov: Təmir işləri plana uyğun davam edir

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Sərnişin Vağzalında aparılan təmir işləri plana uyğun davam edir və artıq gələn il vağzal istifadəyə veriləcək.

"Report"un verdiyi xəbərə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Vağzalın təmiri vaxtında tamamlanacaq. Artıq vağzalın görkəmi yaxşılaşıb. Köhnə tikintini yeniləmək üçün vaxt lazımdır. Əsas işlər binanın aşağısında aparılır, çünki orada qrunt suları olub. Onun qarşısını alırıq ki, binanın özülünə zərər olmasın", - deyə C.Qurbanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi