​Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək

​Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək Cavid Qurbanov: "Təmir işləri plana uyğun davam edir"
İnfrastruktur
17 Dekabr , 2015 14:25
​Bakı Sərnişin Vağzalı gələn il istifadəyə veriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Sərnişin Vağzalında aparılan təmir işləri plana uyğun davam edir və artıq gələn il vağzal istifadəyə veriləcək.

"Report"un verdiyi xəbərə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Vağzalın təmiri vaxtında tamamlanacaq. Artıq vağzalın görkəmi yaxşılaşıb. Köhnə tikintini yeniləmək üçün vaxt lazımdır. Əsas işlər binanın aşağısında aparılır, çünki orada qrunt suları olub. Onun qarşısını alırıq ki, binanın özülünə zərər olmasın", - deyə C.Qurbanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi