Bakı şəhərinə girişlərdə ödənişsiz dayanacaqlar tikilib

Bakı şəhərinə girişlərdə ödənişsiz dayanacaqlar tikilib Bakıda 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib
İnfrastruktur
14 Sentyabr , 2015 17:14
Bakı şəhərinə girişlərdə ödənişsiz dayanacaqlar tikilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC şimal və cənub istiqamətlərindən paytaxta gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqların təşkili məqsədilə tikinti işləri aparıb.

“Azəryolservis” ASC-dən “Report”a bildirilib ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədilə 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib.

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolundakı duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib. Burada avtobusların dayanması üçün tikilən “ciblər"də 130 paqonmetr səki daşı da düzülüb.

Bundan başqa, Lökbatan dairəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönməsi üçün ayrıcı zolaqdan yol verilib. Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə “Azəryolservis” tərəfindən xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa, Bakı şəhərində 28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi