Bakı şəhəri mənzil bazarının yanvar monitorinqinin nəticələri açıqlanıb

Bakı şəhəri mənzil bazarının yanvar monitorinqinin nəticələri açıqlanıb Bu ilin yanvarında yeni tikili mənzillərin təkrar bazarında qiymət artımı müşahidə olunub
İnfrastruktur
6 Mart , 2017 13:37
Bakı şəhəri mənzil bazarının yanvar monitorinqinin nəticələri açıqlanıb
Flickr

Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhəri ərazisində 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin təkrar bazarında qiymət artımı müşahidə olunub. “Report” xəbər verir ki, bu, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,5% artıb: "Monitorinq nəticəsində məlum olub ki, ötən ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artıb-enməsi onunla əlaqəlidir. Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1 500 AZN/kv.metrdən baha olan mənzillərin payı (əsasən, Nərimanov, Nəsimi və Səbail rayonları) 23,35% təşkil edibsə, yanvarda bu, 23,86% olub. Beləliklə, bahalı mənzillərin payı təklif portfelində 0,51 faiz bəndi artıb. Bu da, 2017-ci ilin yanvarında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Nəticədə, yanvarda Bakı şəhəri üzrə yeni tikililərin orta bazar qiyməti 1 438 AZN/kv.m. təşkil edib".

Təklif portfelinə gəlincə, keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb.

Təkrar bazarda yeni tikili mənzillərin qiymət deyişməsi aşağıdakı kimi olub:

Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. 2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9 faiz bəndi azalma müşahidə olunub. “Çıxarışsız” olan mənzillər əsasən Yasamal rayonunda (31%), “Çıxarışlı” mənzillər isə Xətai rayonunda (23%) yerləşir.

Satışa təklif olunan mənzillərin əsas payını, yəni 72%-ni təmirli mənzillər tutur, təmirsiz mənzillərin payı isə 28% olub. Təklif portfelində “Kreditlə” təklif olan mənzillər də mövcuddur, lakin ümumi portfeldə onların payı cəmi 1,2%-dir. 

Bakı şəhərinin rayonları üzrə yeni tikililərin orta bazar qiyməti aşağıdakı kimi olub:

Bakı şəhərinin rayonları Orta qiymət, AZN/kv.metr
1 Binəqədi 1 334
2 Nizami 1 179
3 Nərimanov 1 754
4 Nəsimi 1 804
5 Qaradağ 897
6 Sabunçu 991
7 Suraxanı 907
8 Səbail 2 317
9 Xətai 1 266
10 Xəzər, Pirallahı 904
11 Yasamal 1 401

Bakı şəhəri 1 438

Son xəbərlər

Orphus sistemi