Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib Vaqif Əsədov: "İyunun 19-dan 21-dək paytaxt ərazisində keçiriləcək yol velosiped yarışı ilə əlaqədar avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək"
İnfrastruktur
18 İyun , 2015 21:18
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Bu barədə "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Vaqif Əsədov deyib ki, veloturla əlaqədar iyunun 19-dan 21-dək paytaxt ərazisində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək: "İyunun 19-da veloturun təlim-məşqləri, 20-də isə yarışa start veriləcək. Ona görə də vətəndaşlardan sabah səhər saatlarından tədbir tam başa çatanadək paytaxtın Azadlıq meydanından Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, Qoşa Qala qapısı, İçərişəhər, Gənclər meydanı, Vəli Məmmədov, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Üzeyir Hacıbəyli, Bül-Bül, Rixard Zorge, Rəşid Behbudov, Mehdi Hüseyn, Landau, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Neftçilər, Parlament, Hüseyn Cavid, İnşaatçılar küçə və prospektlərində avtomobillərin hərəkətinin mümkünsüzlüyünü nəzərə almalarını tövsiyə edirik. BŞYDPİ sürücülərdən bunu nəzərə almaqla alternativ variantlardan istifadə etməyi tövsiyə edir. İdarə paytaxtın mərkəzindən avtomobillərlə bölgələr istiqamətində və yaxud bölgələrdən paytaxtın mərkəzinə doğru hərəkət edən sürücülərə alternativ yollar kimi Bakı-Salyan yolunun 14-ci kilometrliyindən Xocasən və III kənar dairəvi yolla Badamdar, Yasamal, 20 Yanvar ərazilərindən keçməklə Koroğlu Rəhimov, Fətəli xan Xoyski, Babək, Atatürk və s. küçə və prospektlərdə sərbəst və rahat hərəkət etmələrini məsləhət görürük. Qeyd edilən ərazilərdə yaşayan avtomobili olan vətəndaşlardan isə vəziyyəti nəzərə almağı və şəxsi avtomobilin idarəsindən imtina edərək ictimai nəqliyyat vasitələrinə üstünlük vermələrini xahiş edirik".

Son xəbərlər

Orphus sistemi