Yuxarı
    Bağlamaq

    Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

    Məhdudiyyət Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montaji ilə əlaqədardır

    Bakı. 14 mart. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən hissəsində Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də saat 00:00-dan 05:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Mart ayının 16 və 17-də isə saat 00:00-dan saat 05:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi