Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO Nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan maneələr aradan qaldırılıb
İnfrastruktur
17 Avqust , 2016 11:08
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Bakı şəhərindən Azərbaycanın şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiyailə dövlət sərhədi, M-4 Bakı-Şamaxı-Yevlaxavtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan maneələr “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən aradan qaldırılıb.

“Azəravtoyol”un Mətbuat Katibliyindən “Report”a verilən məlumata görə, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min kv.m piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb.

Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi “cib”li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib.

Bundan başqa, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 min metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb.

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində artıq hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Son xəbərlər

Orphus sistemi