Bakı-Şamaxı avtomobil yolunda 7 yerüstü piyada keçidi inşa olunur

Bakı-Şamaxı avtomobil yolunda 7 yerüstü piyada keçidi inşa olunur Bütün piyada keçidləri ikiaşırımlı, üstüaçıq və metal konstruksiyadan ibarətdir
İnfrastruktur
18 İyul , 2017 16:28
Bakı-Şamaxı avtomobil yolunda 7 yerüstü piyada keçidi inşa olunur
Azeravtoyol.gov.az

Bakı. 18 iyul. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə 7 yerüstü piyada keçidi inşa edilir. “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonunun Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşir.

Keçidlər Qaradağ rayonu Müşviqabad qəsəbəsi (27,3-cü km), Qobustan rayonu Cəngi kəndi (56,7-ci km), Qobustan rayonu Şıxzahırlı kəndi (79,2-ci km), Qobustan rayonu Arabu kəndi (86,1-ci km), Qobustan rayonu Nərimankənd kəndi (91,7-ci km), Qobustan rayonu (92,7-ci km) və Qobustan rayonu (99-cu km) yerləşirlər. Bütün piyada keçidləri ikiaşırımlı, üstüaçıq və metal konstruksiyadan ibarətdir, yer səthindən hündürlükləri 5,5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35,5-46,7 metrarası dəyişir.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Cəngi kəndi ərazisində yerləşən piyada keçidinin inşası artıq yekunlaşaraq vətəndaşların istifadəsinə verilib, digər ərazilərdə isə işlər yekunlaşmaq üzrədir.

Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tamami ilə yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.

Son xəbərlər

Orphus sistemi