Bakı-Qusar-Xudat avtomobil yolu bərpa edilir - VİDEO

Bakı-Qusar-Xudat avtomobil yolu bərpa edilir - VİDEO Bu, on minlərlə insanın gediş-gəlişini rahatlaşdıracaq
İnfrastruktur
25 Avqust , 2017 09:55
Bakı-Qusar-Xudat avtomobil yolu bərpa edilir - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 25 avqust.REPORT.AZ/ Bakı- Qusar-Xudat avtomobil yolu bərpa edilir. 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-nə çıxışı təmin edən həmin yolun ümumi uzunluğu 13,7 km təşkil edir. İki hərəkət zolaqlı olan yolun 2-2,5 m enində çiyinlər də daxil ümumi eni 11-12 m təşkil edir.

"Təmir-bərpa işləri zamanı yolun 10,7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır. Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, genişləndirilib və zəruri olan digər hissələrə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazırda yolboyu asfaltlanma işləri görülür. Artıq yolun 9 km-lik hissəsində asfaltlanma işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə yola ikiqat və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Asfaltlanma işlərinə paralel olaraq zəruri olan yerlərə səki daşları düzülür. Piyada səkilərinin və yol kənarına ümumilikdə 7 min p/metr səki daşı düzüləcək", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 41 min kv.m yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Xatırladaq ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, yolboyu yerləşən yaşayış məntəqələrinin on minlərlə sakininin gediş-gəlişini rahatlaşdıracaq.

Son xəbərlər

Orphus sistemi