Bakı-Quba yolunda aparılan təmir işləri yekunlaşıb

Bakı-Quba yolunda aparılan təmir işləri yekunlaşıb İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdır
İnfrastruktur
12 Avqust , 2015 12:59
Bakı-Quba yolunda aparılan təmir işləri yekunlaşıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətində 11 km-lik hissəsində aparılan təmir-bərpa işləri yekunlaşıb.

Azəryolservis” ASC-dən “Report”a bildirilib ki, artıq yolun bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. 

Təmir-bərpa işləri magistral yolun 119-130-cu kilometrlik hissəsində aparılıb. Sözügedən ərazidə normadan artıq yüklənmiş ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpası işləri görülüb. İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

"Aparılan təmir-bərpa işləri çərçivəsində sözügedən ərazidə qazma-dolma və torpaq işləri görülüb, bundan sonra yola alt və üst qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - deyə məlumatda qeyd olunub.

Görülmüş işlər nəticəsində yolun hərəkət hissəsinin eni 1,5 metr genişlənib. Yol kənarında təqribən 3 metr enində çiyin yaradılıb. Bundan başqa yolun ayrıcı zolağında olan əyrixətli dəmir tirlər beton arakəsmə ilə əvəzlənir. Beton plitələr üzərində təkərqaytaranların mövcudluğu sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Artıq təmir olunmuş yolun bir hissəsinə bu cür beton arakəsmələr qoyulub və bu işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi