​Bakı-Quba avtomobil yolunda yeni yol ötürücüləri tikilib

​Bakı-Quba avtomobil yolunda yeni yol ötürücüləri tikilib Sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyatın keçidini təmin etmək üçün inşa olunan yeni yol isə bu ay istifadəyə veriləcək
İnfrastruktur
22 Aprel , 2015 11:20
​Bakı-Quba avtomobil yolunda yeni yol ötürücüləri tikilib

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 9-cu km-də ("Bakı" futbol klubunun stadionu qarşısında) yeni yol ötürücülərinin inşası artıq yekunlaşıb. Artıq yol ötürücüləri sürücülərin ixtiyarına verilib. Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib. Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılmışdır.

Sovet döründə inşa olunan yol ötürücülərdən fərqli olaraq, 399,1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir: 1-ci körpünün uzunluğu 109,6 metr, eni 15,5 metr, 2-ci körpünün uzunluğu 105,1 metr, eni 13,5 metr, 3-cü körpünün uzunluğu 105,1 metr, eni 16,0 metr, 4-cü körpünün uzunluğu 39,3 metr, eni 13,0 metr, 5-ci körpünün uzunluğu 40,0 metr, eni isə 15,0 metrdir. Bundan əlavə, həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib. Yan yolun ümumi uzunluğu 2 345 metr, eni isə 14,75 metrdir.

Qeyd edək ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyat vasitələrinin keçidini təmin etmək üçün yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi