Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yük qatarları üçün rəsmi açılışı olacaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımaları gələn ildən etibarən fəaliyyətə başlayacaq. O, əlavə edib ki, bu məqsədlə İsveçrənin "Stadler Group" şirkətinə 30 ədəd sərnişin vaqonu sifariş verilib.