Bakı Nəqliyyat Agentliyindən "cərimə" açıqlaması

Bakı Nəqliyyat Agentliyindən "cərimə" açıqlaması Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur.
İnfrastruktur
18 Fevral , 2020 16:29
Bakı Nəqliyyat Agentliyindən cərimə açıqlaması
google.az

"Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib.

"Bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, Bakıda da insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2,2 milyon sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi