Bakı Nəqliyyat Agentliyi yol nişanlarındakı çatışmazlıqları aradan qaldırır

Bakı Nəqliyyat Agentliyi yol nişanlarındakı çatışmazlıqları aradan qaldırır Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.
İnfrastruktur
18 Fevral , 2019 12:21
Bakı Nəqliyyat Agentliyi yol nişanlarındakı çatışmazlıqları aradan qaldırır

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Qeyd edilib ki, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb: “Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq”.

“Məqsəd, avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır”,- deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi