Bakı Nəqliyyat Agentliyi yaxın aylarda bir sıra layihələrin icrasını planlaşdırır

Bakı Nəqliyyat Agentliyi yaxın aylarda bir sıra layihələrin icrasını planlaşdırır Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılması, yollarda hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində qarşıdakı aylarda bir sıra layihələrin icrasını planlaşdırır.
İnfrastruktur
5 İyun , 2018 11:33
Bakı Nəqliyyat Agentliyi yaxın aylarda bir sıra layihələrin icrasını planlaşdırır
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev / Report/ Orkhan Azim
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılması, yollarda hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində qarşıdakı aylarda bir sıra layihələrin icrasını planlaşdırır.

Bunu " Report" a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

Onun sözlərinə görə, bu layihələr hazırlanarkən agentliyin mütəxəssisləri müvafiq küçə və prospektlərdə müfəssəl araşdırmalar aparıb, nəqliyyat axınına mane olan konflikt nöqtələri və digər amilləri müəyyənləşdiriblər: "Belə araşdırmalardan biri də metronun “Gənclik” stansiyasının yaxınlığında aparılıb. Araşdırmaların nəticəsi olaraq qeyd edilən ərazidə müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır. Bununla əlaqədar "Gənclik Mall"un qarşısında mövcud dayanacaq məntəqəsi ləğv ediləcək. Tətbiq ediləcək dəyişiklik sayəsində həm Əhmədbəy Ağa oğlu və Fətəli Xan Xoyski küçələrində nəqliyyatın maneəsiz axını təmin ediləcək, həm də sərnişinlərin müntəzəm marşrut avtobuslarında rahat və təhlükəsiz istifadəsi mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi