Bakı. 15 avqust.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.
O bildirib ki, monitorinqin məqsədi nəqliyyat vasitələrinin standartlara cavab verib-verməməsi ilə bağlıdır: “Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iritutumlu avtobuslar var. Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrində, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir. Monitorinqlərin nəticələri barədə ictimaiyyət də məlumatlanıdırılacaq”.