Bakı Nəqliyyat Agentliyi monitor sistemini təkmilləşdirir

Bakı Nəqliyyat Agentliyi monitor sistemini təkmilləşdirir Bu məqsədlə keçirilən tenderdə iştirak haqqı 2 500 manatdır
İnfrastruktur
21 Oktyabr , 2017 13:00
Bakı Nəqliyyat Agentliyi monitor sistemini təkmilləşdirir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi "Barco" video divar monitoru sisteminin təkmilləşdirilməsi, ehtiyat hissələri və zəmanət xidmətinin alınması məqsədilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, bir lot üzrə keçirilən tenderdə iştirak haqqı 2 500 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (bank təminatı, tender təklifi istisna olmaqla) 13 noyabr saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 21 noyabr saat 12:00-ə qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti,111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 noyabr saat 12:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi