Yuxarı

Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi - ƏLAVƏ OLUNUB

Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə əlaqədar hərəkətə keçdi

1278

İlk xəbər saat 16:47-də verilib

Bakıda elektrik enerjisinin kəsintisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin elektrik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. Onların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - qurum bəyan edib. 

***

Bakıda elektrik enerjisinin kəsintisi ilə əlaqədar bütün işıqforların fəaliyyəti bərpa olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi