Yuxarı
    Bağlamaq

    Bakı Nəqliyyat Agentliyi İslamiada üçün nəzərdə tutulan nəqliyyat əməliyyatlarını test edib

    Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına 228 avtobus toplanıb

    Bakı. 10 may. REPORT.AZ/ Bakıda IV İslam Həmrəyliyi Oyunlarının sınaq açılış və bağlanış mərasimləri günü (12-22 may) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları da test edilib. 

    Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq əlavə 90 ədəd avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb.

    "Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti, metronun “Gənclik” stansıyasının qarşısından X2 Express xətti, metronun “20 Yanvar” stansiyasının qarşısından X3 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınmasına başlanıb. Saat 20:40-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş 3 Exspress xətt üzrə 6 000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib.

    Mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək ümumi olaraq 8 500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə, yəni metronun “Qara Qarayev”, "20 Yanvar” və “Gənclik” stansiyalarına geri gətirilməsi təmin edilib. Görülən işlər çərçivəsində exspress xətlərdən istifadə edəcək sərinişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən müəyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin edilib", - BNA-nın məlumatında qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi