Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib

Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib Nəqliyyatın fəaliyyətinin tənzimlənməsinin təşkili üçün Bakı meriyası, dəmiryolu idarəsi və BNA birgə hərəkət etməlidir
İnfrastruktur
27 Aprel , 2017 14:42
Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində GEMMS Groupu cəlb edib

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda problemlərin təhlili və həll edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi şirkət qismində “GEMMS Group”u cəlb edib.

“Report” xəbər verir ki, “GEMMS Group” “Bakıda ictimai nəqliyyat sisteminin optimallaşdırılması” layihəsini hazırlayıb. Layihə rəhbəri Panos Protopsaltis (Panos Protopsaltis) bildirib ki, Bakının nəqliyyat sistemində əsas çətinlik tənzimlənmə koordinasiyasının olmaması ilə bağlıdır.

“Bu problemin öhdəsindən gəlmək üçün bütün nəqliyyat növlərinin fəaliyyətinin koordinasiyası təşkil edilməlidir. Bu koordinasiyanın olmaması tez-tez baş verən qəzalar və gecikmələrə səbəb olub”, - P.Protopsaltis qeyd edib.

Onun sözlərinə görə, nəqliyyatın fəaliyyətinin tənzimlənməsinin təşkili üçün Bakı meriyası, dəmiryolu administrasiyası və Bakı Nəqliyyat Agentliyi birgə hərəkət etməlidir.

Son xəbərlər

Orphus sistemi