Bakı-Moskva reysi təxirə salınıb

Bakı-Moskva reysi təxirə salınıb Həmin reys bu gün 20:00-da reallaşacaq 854 nömrəli reyslə birləşdirilib
İnfrastruktur
15 İyul , 2015 15:05
Bakı-Moskva reysi təxirə salınıb

Bakı. 15 iyun. REPORT.AZ/ Bu gün 15:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvanın Domodedovo Hava Limanına gerçəkləşməli olan 858 nömrəli reys təxirə salınıb.

Aeroportdan “Report”a verilən məlumata görə, Azərbaycan Hava Yollarının təyyarəsi ilə həyata keçirilən həmin reys bu gün 20:00-da reallaşacaq 854 nömrəli reyslə birləşdirilib və həmin reys üçün qeydiyyat 18:00-da başlayacaq.

Qeyd edək ki, 15:15 reysini "Airbus 320" layneri həyata keçirməli idi, 20:20-dəki reys isə "Boeing 767" təyyarəsi ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi