Yuxarı

Bakı metrosundan istifadə pulsuz olacaq

Avropa Oyunlarının tamaşaçıları bilet və şəxsiyyət vəsiqəsini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər

Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2105" I Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qeyd edək ki, daha öncə, sadəcə, Açılış və Bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi