​Bakı metrosundan istifadə edənlərin sayı artıb

​Bakı metrosundan istifadə edənlərin sayı artıb Yeraltı nəqliyyatdan gündəlik orta hesabla 450 min sərnişin yararlanır
İnfrastruktur
18 İyun , 2015 16:23
​Bakı metrosundan istifadə edənlərin sayı artıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bakı metrosundan gündəlik istifadə edənlərin sayı artıb və hazırda bu rəqəm 450 min sərnişin təşkil edir. Belə ki, ölkənin orta və ali təhsil müəssisələrində tədris ili bitsə də, yerüstü yollarda hərəkətin məhdudiyyətinə görə metro ilə gedib-gələnlər çoxalıb. Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, bu yaxınlarda Bakıya gətirilən Fransanın “Alstom” şirkətindən alınan 4-cü nəsil 5 vaqondan ibarət üç qatar da əvvəlkiləri ilə müqayisədə daha iritutumludur.

"Hazırda hər 3 qatar xətdədir və qrafikə uyğun işləyir. Həmçinin, bu qatarlar hər iki xətt üzrə hərəkət edir. Bu qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki vaqon 308 sərnişin tuturdusa, bu, 330 sərnişin tutur. Bundan başqa, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kVt idisə, indi bu rəqəm 170 kVt təşkil edir. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub", - şirkət rəsmisi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi