Bakı metrosunda yeni sərinkeşlərin quraşdırılmasına başlanılıb

Bakı metrosunda yeni sərinkeşlərin quraşdırılmasına başlanılıb Bakı metrosunun stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı alınmış 7 yeni sərinkeşdən 2-nin quraşdırılmasına başlanılıb.
İnfrastruktur
7 May , 2019 12:01
Bakı metrosunda yeni sərinkeşlərin quraşdırılmasına başlanılıb

Bakı metrosunun stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı alınmış 7 yeni sərinkeşdən 2-nin quraşdırılmasına başlanılıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“İlk olaraq 2 sərinkeş metronun "Qara Qarayev" stansiyasında quraşdırılır. Digər 5 sərinkeşin isə plan üzrə - "Memar Əcəmi" və "Nizami" stansiyalarında, tunellərdə quraşdırılması planlaşdırılır", - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi