​Bakı metrosunda reklam lövhələri yenilənir

​Bakı metrosunda reklam lövhələri yenilənir Hazırda reklam vermək istəyənlərin müraciətlərinə baxılır
İnfrastruktur
29 Aprel , 2015 10:18
​Bakı metrosunda reklam lövhələri yenilənir

Bakı. 29 aprel. REPORT.AZ/ Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin bərpası prosesinə start verilib. Artıq dünəndən etibarən "28 May" metro stansiyasında reklamların yerləşdirilməsi üçün xüsusi lövhələrin asılmasına başlanılıb. Bu lövhələr əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələrin kənarları avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib.

Bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, mərhələli şəkildə metronun bütün stansiyalarında reklam lövhələri asılacaq.

"Əvvəldən də demişdik ki, metroda reklamlar bərpa oluna bilər. Ancaq bu reklam vasitələri daha müasir, habelə sərnişinlərin hərəkətinə əngəl törətməyəcək və daha zövqlü vasitələr olmalıdır. Yeni lövhələr köhnələrdən tam fərqli şəkildədir", - deyə o, qeyd edib.

N.Paşayev, həmçinin əlavə edib ki, bir müddətdən sonra elektron tipli və s. kimi başqa reklam vasitələrindən də istifadə olunacaq: "Hazırda reklam vermək istəyənlərin müraciətlərinə baxılır . Normativ sənədlər hazırlanır. Bütün işlər tamamlandıqdan sonra, reklam verən şirkətlə birbaşa "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanmaqla reklam xidməti göstəriləcək".

Son xəbərlər

Orphus sistemi