Yuxarı
    Bağlamaq

    Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

    24 saylı qatar nasaz olub

    Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində ləngimə müşahidə edilib. Qatarların ləngiməsi "28 May" stansiyasında baş verib.

    "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, qeyd edilən xətt üzrə hərəkət edən 24 saylı qatar nasaz olub.

    "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar platformada 10 dəqiqədən çox hərəkətsiz dayanıb. Qatar metronun "28 May" stansiyasında olarkən problem yaranıb. Qatarda nasazlıq olduğundan, arxadan gələn qatarların hərəktində gecikmələr olub. Lakin hazırda hərəkət bərpa edilib", - deyə N.Paşayev əlavə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi