Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem Bakı Metropoliteni QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub.
İnfrastruktur
12 İyul , 2018 16:52
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün paytaxtın elektrik enerji təchizatında yaranmış problem "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin dayanmasına səbəb olub. 

"Report" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. 

Son xəbərlər

Orphus sistemi