Yuxarı

​Bakı metrosunda iş saatları dəyişəcək

Yeraltı nəqliyyat vasitəsi yeni qrafikə keçəcək

Bakı. 25 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı Metropolitenində iş saatları əvvəlki qrafiklə əvəzlənəcək. Bu haqda "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O deyib ki, iyunun 12-dən 28-dək metro saat 06:00-dan 01:00-a qədər işləyəcək: "Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-a qədər işləyəcək".

Qeyd edək ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü metro qatarları səhərə qədər xidmət göstərib və ehtimal ki, bağlanış günü də belə olacaq. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olur.

Əlavə edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-a qədər işləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi