Bakı metrosunda huşunu itirən gənc relslərin üstünə yıxılıb

Bakı metrosunda huşunu itirən gənc relslərin üstünə yıxılıb O, başında spazma olduğunu bildirib
İnfrastruktur
28 Sentyabr , 2015 14:10
Bakı metrosunda huşunu itirən gənc relslərin üstünə yıxılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün saat 12:50 radələrində Bakı Metropliteninin Nəriman Nərimanov stansiyasında sərnişinlərdən birinin halı qəfil pisləşib. Nəticədə, huşunu itirən 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb. 

Bunu "Report"a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. 

Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib: "Metro stansiyasında özünü pis hiss edib və müvazinətini itirərək yıxılıb". 

Son xəbərlər

Orphus sistemi