Bakı metrosu qış qrafikinə keçir

Bakı metrosu qış qrafikinə keçir Metropoliten sərnişin axınının artacağı ilə əlaqədar tədbirlər görür
İnfrastruktur
11 Sentyabr , 2015 10:03
Bakı metrosu qış qrafikinə keçir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Yeni, 2015/2016-cı tədris ilinin başlaması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır. Bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurəti yaradır. Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Qatarların sayı artırılmaqla qatarlararası intervalın da azaldılacağını qeyd edən N.Paşayev əlavə edib ki, "Həzi Aslanov" - "28 May" metro stansiyaları arasında hərəkət intervalı 2-2,5 dəqiqə (gur və gur olmayan saatlarda) olacaq.

"28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" metro stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda yay qrafiki tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

Son xəbərlər

Orphus sistemi