​Bakı Metropoliteninin qatarında nasazlıq yaranıb

​Bakı Metropoliteninin qatarında nasazlıq yaranıb Qatarı bir neçə dəqiqə ərzində hərəkətə gətirmək mümkün olmayıb
İnfrastruktur
28 Yanvar , 2015 09:46
​Bakı Metropoliteninin qatarında nasazlıq yaranıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün təxminən 08:30 radələrində Bakı Metropoliteninin "Həzi Aslanov" - "Dərnəgül" xətti ilə hərəkət edən 38 saylı qatarda texniki nasazlıq yaranıb.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, nasazlıq qatarda "Nizami" stansiyasından "Elmlər Akademiyası" stansiyası istiqamətində hərəkət edən zaman yaranıb və bir neçə dəqiqə qatarı hərəkətə gətirmək mümkün olmayıb.

"Qatar boşaldılaraq baxış üçün depoya göndərilib və tezliklə yaranmış nasazlığın səbəbi müəyyənləşəcək. Nasazlıq vaxtı qatar təxminən 10 dəqiqə gecikib və bu səbəbdən də interval pozulub. Buna görə digər qatarların hərəkətində gecikmə müşahidə olunub", - deyə N.Paşayev qeyd edib.

Metropoliten rəsmisi əlavə edib ki, artıq xəttə əlavə qatar buraxılıb, yaxın müddətdə interval bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi