Bakı Metropoliteninin "Neftçilər" stansiyasının vestibülləri təmir olunur

Bakı Metropoliteninin "Neftçilər" stansiyasının vestibülləri təmir olunur Elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri görüləcək
İnfrastruktur
6 İyun , 2017 11:23
Bakı Metropoliteninin Neftçilər stansiyasının vestibülləri təmir olunur

Bakı. 6 iyun. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.

Qurumdan "Report"a verilən məlumata görə, 1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.

"Yeniləşmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək. Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək", - deyə məlumatda qeyd edilir. 

Təmir işlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.

Son xəbərlər

Orphus sistemi