Yuxarı

​Bakı Metropoliteninin mütəxəssisləri Kanadada kurs keçir

Hazırlıq SCADA və CBTC sistemlərinin öyrənilməsi məqsədilə tşkil ounub

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı Metropoliteninin nəzdində yaradılmış Təlim-Tədris Mərkəzinin ilk müdavimləri Toronto şəhərinə (Kanada) səfər edib. "Report" Bakı Metropoliteninə istinadən xəbər verir ki, 6 nəfərdən ibarət metropolitençi mütəxəssis heyəti Fransanın "Thales SA" Şirkətlər Qrupuna daxil olan "Thales Kanada"da 3 həftəlik təcrübə keçəcək.

Qeyd edək ki, "Thales SA" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq. Bakı Metropoliteninin "Bənövşəyi xətt"ində tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə ilk tədris Metropolitenin Təlim-Tədris Mərkəzində aparılıb. Fransa mütəxəssislərinin iştirakı ilə aparılan kurslar daha sonra İstanbulda davam etdirilib. Türkiyədəki 3 həftəlik tədrisdən sonra metropolitençilər indiyə qədər yiyələndikləri təcrübəni Torontoda əyani tətbiq edəcəklər.

Bununla da üç mərhələdən ibarət tədris prosesi başa çatdırılacaq. Kurslarda əldə edilən biliklərdən metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Təcrübəli kadrlar istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi