Bakı Metropolitenində qış qrafikinin tətbiqinə başlanılır

Bakı Metropolitenində qış qrafikinin tətbiqinə başlanılır Sentyabrın 15-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək
İnfrastruktur
9 Sentyabr , 2016 12:04
Bakı Metropolitenində qış qrafikinin tətbiqinə başlanılır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı metrosunda sentyabrın 15-dən  qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiriləcək. Bu qərar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən payız-qış mövsümünün tələbləri nəzərə alınaraq icra ediləcək. "Report" xəbər verir ki, bunu qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlayıb. 

Onun sözlərinə görə, qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır: "Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Qeyd edək ki, gur hərəkət səhər saat 07:00-dan 10:00-a və 17:00-dan 20:00-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin "28 May"-"Dərnəgül" və "28 May"-"İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq".

Qeyd edək ki, "Həzi Aslanov"-"28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.

Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi