Yuxarı

​Bakı Metropolitenində könüllülər daha iki gün işləyəcək

Qurum əsas stansiyalarda könüllülərin iş qrafikini uzadıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oynları başa çatsa da tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsi Azərbaycana səfərlərini davam etdirir. Eyni zamanda, böyük idman tədbirinin təşkilatçıları da hələ bir müddət Bakıda olacaqlar. Bunu nəzərə alan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikini iyulun 1-nə qədər uzadılması barədə qərar verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May” və “Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada – növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi