"Bakı Metropoliteni" QSC tenderin vaxtını uzadıb

"Bakı Metropoliteni" QSC tenderin vaxtını uzadıb Mayın 11-də keçirilməsi nəzərdə tutulan müsabiqə mayın 24-də baş tutacaq
İnfrastruktur
2 May , 2017 20:37
Bakı Metropoliteni QSC tenderin vaxtını uzadıb

Bakı. 2 may. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin alınmasına dair 8 lot üzrə mayın 11-də keçirilməsi nəzərdə tutulan açıq tenderinin tarixini dəyişib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender qranit və mərmər, keramoqranit, mebel, şüşə, qapı, tikinti materialları, birləşdirici və bərkidici, kimyəvi mallar, metal profillər, 81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə edilən mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin alınmasını nəzərdə tutur.

Tender mayın 24-də saat 15:00-da keçirləcək. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 may saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə mayın 23-də saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi, 20 ünvanına (icraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsi) təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi