Yuxarı
    Bağlamaq

    "Bakı Metropoliteni" tender keçirir

    İddiaçıların ay yarım vaxtı var

    Bakı. 21 yanvar. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC deratizasiya və dezinfeksiya işləri xidmətinin satın alınması üzrə açıq tender elan edib.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 27-nə qədər, tender təklifini və bank zəmanətini isə martın 9-na qədər QSC-nin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat İşləri şöbəsinə (Bakı şəhəri, M.Rəfili küçəsi, 20 ünvanına) təqdim etməlidirlər.

    Təkliflərə martın 10-da adı çəkilən ünvanda baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi