Yuxarı
    Bağlamaq

    “Bakı Metropoliteni” rəssamlar və rəsm həvəskarlarına müraciət edib

    Cəmiyyət aprelin 1-dək rəsm əsərləri qəbul edəcək

    Bakı. 29 yanvar. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC növbəti sərgi qalereyası üçün rəssamlar və rəsm həvəskarlarının işlərinin qəbulunu açıq elan edir. Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, sərgi azərbaycanlı rəssamlar və rəsm həvəskarlarına həsr olunacaq. 

    Əsərlərin, rəsmlərin fotoşəkillərini metrogallery@metro.gov.az e-mail ünvanına göndərin. Məktuba qoşduğunuz şəkillərin həcmi 6 Mb-dan artıq olmamalıdır. Şəkillərin həcmi daha çox olduğu təqdirdə onları kiçildib göndərin və ya wetransfer.com xidmətindən istifadə edərək metropolitenə ünvanlayın. Seçim üçün kiçikölçülü şəkillər kifayətdir. Seçilmiş əsərlərin müəlliflərindən xahiş olunur ki, əsərlərin fotoşəkillərini yüksək keyfiyyətli formatda təqdim etsinlər. 

    Əsərlərdə şəxsi imza olmadığı təqdirdə və ya müəlliflik hüququ ilə bağlı şübhə yarandığı halda təqdim olunmuş əsərin müəllifə aid olduğunu sübut etmək üçün sizdən əsərin əslinin təqdim olunması rica edilə bilər. İştirak üçün sizdən yalnız əsərinizin keyfiyyətli fotosunu, adınız və soyadınız göstərilməklə əsərin qısa məzmununu özündə əks etdirən yazılı mətni təqdim etmək tələb olunur.

    İşlərin qəbulu 1 aprel 2016-cı il tarixinədək həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi