Yuxarı

"Bakı Metropoliteni" QSC-də sağlamlaşdırma işləri davam etdirilir

Tunelin 6 metrlik diametri 0,5 m azalsa da, qatarların hərəkətinə heç bir problem yaratmır

Bakı. 19 iyun. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə hazırlanan plan əsasında bu ilin yanvar ayından 1 saylı Tunel Tikinti Dəstəsinin işçiləri tunel qurğuları xidmətinin nəzarəti altında sağlamlaşdırma işlərinə başlayıblar.

"Report” “Bakı Metropoliteni” QSC-yə istinadən bildirir ki, metro inşaatçıları Cəfər Cabbarlı – Xətai mənzilinin 1-ci yolunda 127 m sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səthini təmizləyib tunelin içərisindən yeni səth yığmalı olublar. Bu halda tunelin 6 metrlik diametri 0,5 m azalsa da, qatarların hərəkətinə heç bir problem yaratmır. Hazırda inşaatçılar köhnə tunel səthi ilə təzəsi arasında hermetikliyi təmin etmək üçün orada məhlulvurma işləri aparırlar. Bu işlər də artıq başa çatmaq üzrədir. Eyni zamanda, tunelin sərt özülünün bərpa olunması işləri də davam edir.

Sağlamlaşdırma prosesində demontaj olunmuş yol yeniləşmiş özül üzərindən salınacaq. Bu işin də təxminən 80%-i yerinə yetirilib. Beton sərt özül tam hazır olduqdan sonra yol işçiləri burada öz relslərini düzə bilərlər. Yeni qurulmuş tübinq səthlərinin korroziya əleyhinə boya ilə rənglənməsindən sonra, bu sahədə işlər tam başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi